"Aston Villa" "Parma"nın qapıçısı Jion Suzuki ilə müqavilə imzalamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Birmingem klubu bonuslar xaric, qapıçı üçün 30 milyon avro ödəməyə hazırdır.

 

Bir neə gün öncə Suzukinin PSJ-yə transferi reallaşacağı bildirilsə də, Fransa klubu futbolçunun agentləri ilə komesyon məsələsində razılığa gələ bilməyib və bu üzdən keçidi baş tutmayıb.

 

Qeyd edək ki, Suziki ötən mövsüm "Parma"da 22 oyun keçirib (bunlardan altısında qapısını toxunulmaz saxlayıb), 30 qol buraxıb. "Çərçivə qoruyucusu" Yaponiya millisinin heytində DÇ-2026-da 4 oyun keçirib və 5 qol buraxıb.