"Real"ın qapıçısı Tibo Kurtua komandanın baş məşqçisi Joze Mourinyonun oyunçulardan gözləntilərindən danışıb. Sport24.az xəbər verir ki, "Real"ın mövsümöncəsi hazırlıq çərçivəsində "Şalke"ni 3:0 hesabı ilə məğlub ediyi maçtdan sonra klubun rəsmi televiziyasına açıqlama verən belçikalı qolkiper komandanın çıxışını müsbət qiymətləndirib.
Kurtua bildirib ki, komanda müdafiədə inamlı təsir bağışlayıb və çoxsaylı qol imkanları yaradıb:
"Yaxşı oyun keçirdik. Müdafiədə çox möhkəm idik, bir çox imkan yaratdıq. Fiziki baxımdan da hamının yaxşı vəziyyətdə olduğunu düşünürəm. Bütün komanda yaxşı çalışdı və bu, mövsümə başlamaq üçün vacibdir".
Belçikalı qapıçı Mourinyonun futbolçulardan hər an yüksək diqqət və ciddi oyun tələb etdiyini vurğulayıb:
"Baş məşqçi matçın hər anında yüksək konsentrasiya istəyir. Künc zərbələrində, cərimə zərbələrində və oyunun hər saniyəsində diqqətli, ciddi olmalıyıq.
Düşünürəm ki, bunu bacarırıq".
Kurtua öz fiziki durumunun da yaxşı olduğunu qeyd edib:
"Tətil müddətində ilk məşqə hazır olmaq üçün çox çalışdım. Hətta məşqlərə məşqçinin gözlədiyindən bir neçə gün əvvəl qayıtdım. Fiziki baxımdan özümü yaxşı hiss edirəm. Bu gün uzun ötürmələr üzərində də çalışdım və hər şey yaxşı alındı".
Qapıçı yeni mövsümdə komanda ilə mümkün qədər çox uğur qazanmaq istədiklərini bildirib.