"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında fransalı futbolçu ilə vidalaşıb.
Cəfərquliyev Zubirin fotosunu paylaşaraq ingiliscə yazıb:
"Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram".
Elvin həmçinin Azərbaycan dilində bu qeydləri edib: "Gözüm səni axtaracaq".
Qeyd edək ki, "Qarabağ" sol cinahda çıxış edən hər iki futbolçu bir-birini yaxşı başa düşən oyunçular hesab olunurdu.
Qeyd edək ki, Zubir karyerasını Qətərin "Əl-Şahaniya" klubunda davam etdirəcək. O, 2018-ci ildən "Qarabağ"da oynayırdı.