"Qarabağ"ın futbolçusj Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev"lə keçirilən cavab oyunda zədələnib. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb:

"Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Elvinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir".