Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın hücumçusu Kərim Benzema "Trabzonspor"a təklif olundu. Sport24.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur "X" sosial şəbəkə hesabında paylaşım edib.

Fransalı hücumçunun Türkiyə klubuna azad agent kimi keçidi təklif edilib. Lakin "Trabzonspor" rəhbərliyi futbolçunun yaşını və yüksək maaş tələblərini əsas risklər kimi qiymətləndirərək təklifə müsbət cavab verməyib.

Qeyd edək ki, Kərim Benzema bu ilin qışında "Əl-İttihad"dan "Əl-Hilal"a keçib.