"Əl-Hilal" Harri Keyni transfer etmək üçün hər cür addımı atmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubunun ingilis hücumçunun menecerləri ilə danışıqlar apardığı bildirilir. "Əl-Hilal"ın Keyn üçün klub tarixinin ən böyük təkliflərindən birini etməyə hazır olduğu qeyd olunur.
Qeyd edək ki, İngiltərə millisinin üzvünün "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.