"Turan Tovuz" heyətinə yeni hücumçu cəlb etmək niyyətindədir. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Redaksiyamıza daxil olan məlumata görə, Rumıniyanın "Argeş" klubunun forvardı Rikardo Matos "Turan Tovuz"un transfer siyahısında yer alır. Qərb təmsilçisi 26 yaşlı hücumçunun mümkün keçidini nəzərdən keçirir.

Hazırda tərəflər arasında hər hansı razılaşmanın əldə olunub-olunmadığı bəlli deyil. Lakin Matosun xidmətinin "Turan Tovuz" tərəfindən qiymətləndirildiyi və transfer variantının gündəmdə olduğu bildirilir.

26 yaşlı portuqaliyalı mərkəz hücumçusunun Rumıniya klubu ilə müqaviləsi 2027-ci ilədək qüvvədədir. "Benfika"nın yetirməsi olan Matos karyerası ərzində İtaliyanın "Askoli" klubunun da formasını geyinib.