"Benfika" "Parma"nın müdafiəçisi Alessandro Çirkatinin transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalayıblar. Daha əvvəl transfer haqqının bonuslar xaric 20 milyon avro olduğu bildirilirdi.
22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "Parma"da 33 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Çirkati DÇ-2026-da Avstraliya millisinin heyətində 4 oyunun hamısında iştirak edib.