"Arsenal"ın hücumçusu Qabriel Martinelli "Əl-Hilal"ın maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

 

25 yaşlı braziliyalı karyerasını Avropa klubunda davam etdirməyə üstünlük verdiyi bildirilirsə də, "Əl-Hilal" ona əlverişli maliyyə şərtləri ilə müqavilə təklif etməyə hazırdır.

 

Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray"ın Martinelli üçün 45 milyon avro təklif etdiyi bildirilirdi.