Sadio Mane futbolla əlaqəsi olmayan bir biznes ideyası ilə çıxış edib. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, futbolçu aqrosənaye kompleksi qurur.
Mənbənin sözlərinə görə, bu, Seneqalda nəhəng bir layihədir. 500 hektardan çox ərazini əhatə edəcək və meyvə yetişdirmək, emal etmək üçün istifadə ediləcək.
Layihəyə əsasən 2500-dən çox iş yeri açılacaq. Sadio Kasamans bölgəsinin iqtisadiyyatına kömək, gəncləri isə işlə təmin etmək istəyir.