Londonun "Arsenal" klubu Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresi transfer etmək üçün son cəhdini edir. Sport24.az xəbər verir ki, bu barədə "El Desmarque" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə,"topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən Alvaresə zəng edərək onu İngiltərə çempionuna qoşulmağa dəvət edib. Lakin 26 yaşlı argentinalı futbolçu bildirib ki, əgər bu yay klubdan ayrılmaq qərarına gələrsə, prioriteti "Barselona"ya keçmək olacaq.

 

Bu arada, "Atletiko" Alvaresi buraxmaq istəmir və onu La Liqadakı rəqiblərindən birinə satmaq niyyətində deyil. Mediada yayılan məlumatlara görə, Madrid klubu "Arsenal"la danışıqlar aparmağa üstünlük verir.

 

"Barselona" argentinalı oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır. Alvaresin ətrafı onun Kataloniya klubuna qoşulmaq və Hans-Dieter Flikin rəhbərliyi altında oynamaq istədiyini israr edir.