"İnter" və "Milan" klubları "Generali Stadium" adlanacaq yeni stadionun layihəsini ictimaiyyətə təqdim ediblər. Sport24.az xəbər verir ki, bu stadion hər iki kluba məxsus olacaq və sökülməsi nəzərdə tutulan "San Siro"nu əvəz edəcək.
Arena 71 500 tamaşaçı tutumuna malik olacağı gözlənilir. Stadion adı sponsorlu olacaq: "Generali Group" dünyanın ən böyük sığorta və maliyyə-investisiya qruplarından biri, həmçinin İtaliyanın ən böyük sığorta şirkətidir.
Stadionla yanaşı, "Generali" hər iki klubun rəsmi sığorta tərəfdaşı da olacaq.
Qeyd edək ki, tikintiyə 2028-ci ildə başlanılması, ilk matçın isə 2031/32 mövsümündə keçirilməsi nəzərdə tutulur.