Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 10-cu tura start verilir. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "Doğma divarlar" arasında "Sabah"ı qəbul edir.
Bu matçı turun mərkəzi görüşü də adlandırmaq olar. Qonaqlar 9 turdan sonra (bir oyun təxirə düşüb) 20 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Meydan sahibləri isə 15 xalla 5-ci yerdədir.
Komandalar indiyədək ölkə çempionatlarında 15 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də Bakı təmsilçisi, 4-də Tovuz klubu qələbə qazanıb. Daha 3 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "Sabah" üstündür – 23:19.
Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək "Sumqayıt" - "Şəfa" matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, X tur
18:30. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz. Şəhər stadionu.