"Zirə"dən ayrılan Brahim Konatenin yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Kipr təmsilçisi "Nea Salamina"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konate azad agent kimi yeni komandasına qoşulub.
Brahim 2025-ci ildə "Şamaxı"dan "Zirə"yə keçmişdi. "Qartallar" bu yay oyunçu ilə müqaviləyə xitam verib.
"Nea Salamina" Kiprin əsas liqasında mübarizə aparır.