"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası məlumat yayıb.
Qolkiper komandanın Millətlər Liqasının sentyabrdakı oyunları üçün geniş heyətə salınıb.
Qazaxıstan yığması sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.
Pokatilov 2025-ci ildən "Sabah"da çıxış edir.