Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci sertifikat proqramı yekunlaşıb. Sport24.az xəbər verir ki, proqram yekun imtahanla başa çatıb.
İmtahanda Azərbaycanla yanaşı, Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyanı təmsil edən ümumilikdə 62 məşqçi iştirak edib.