"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Hapoel" (Beer-Şeva) iki futbolçusunu icarəyə verib. Sport24.az xəbər verir ki, Mor Siman Tov "Hapoel" (Kiryat Şmona) klubuna, Yoav Koren "Makkabi" (Petah-Tikva) komandasına keçib.
Hər iki oyunçu mövsümün sonunadək icarədə olacaq.
"Sabah" "Hapoel"lə ilk oyunu sabah Rumıniyada keçirəcək. Buxarestdəki "Quleşti" stadionunda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.
Komandalar arasındakı cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.