Ötən mövsüm "Sumqayıt"ın şərəfini qoruyan Danilo Beskorovaynının yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "sportarena" portalı məlumat yayıb.
Müdafiəçi karyerasını Polşada davam etdirəcək. 27 yaşlı futbolçu "Lexiya Qdansk" klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Danilo ötən mövsümün ikinci yarısını icarə əsasında "Sumqayıt"da keçirib. O, "kimyaçılar"ın heyətində 16 matçda meydana çıxıb.