"Kəpəz" yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Premyer Liqanın II turu çərçivəsində "Qarabağ"la oyun təxirə salındığından "sarı-göylər" avqustun 23-də "Gəncəbasar"la qarşılaşacaq.

 

Qeyd edək ki, "Kəpəz"in "Məşq Mərkəzi"ndə keçiriləcək görüş saat 17:30-da başlayacaq.