"Benfika"nın müdafiəçisi Amar Dediçi "Nyukasl"a transfer olub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı futbolçu "sağsağanlar"la beş illik müqavilə imzalayıb. "Transfermarkt"ın məlumatına görə, "Nyukasl" bosniyalı futbolçu üçün 35,9 milyon avro ödəyib.

 

Dediç 2025-ci ilin yayında "Zaltsburq"dan "benfika2ya keçib. O, 2026/27 mövsümündə 3 oyunda iştirak edib.

 

Qeyd edək ki, müdafiəçi DÇ-2026-da Bosniya və Herseqovina millisinin heyətində 3 oyunda meydana çıxıb.