"Çelsi"nin ukraynalı cinah oyunçusu Mixaylo Mudrik "Koventri"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Qrem Beyl "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "zadəganlar" 25 yaşlı futbolçunun karyerasını davam etdirməsi üçün ən yaxşı variantı axtarır, onun əsas komandada oynamasını və daha çox oyun vaxtı qazanmasını istəyir. "Koventri" bu yöndə London klubunun istəyinə cavab verə bilər.
Qeyd edək ki, bir müddət əvvəl Mudrik mətbuata açıqlamasında Premyer Liqa klublarından birinə icarəyə getmək istədiyini bildirmişdi. Onunla maraqlananlar arasında "Strasburq" və "Xetafe"nin də adı çəkilir.