"Bavariya"nın hücumçusu Harri Keyn klubdakı gələcəyi ilə bağlı müqavilə danışıqlarının başlayacağını açıqlayıb. Sport24.az "BİLD" nəşrnə istinadən xəbər verir ki, 33 yaşlı forvardın Münhen təmsilçisi ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Tərəflərin müqavilənin uzadılması ilə bağlı danışıqlara bu həftə və ya gələn həftə başlayacağı gözlənilir.
Mənbənin sözlərinə görə, Keyn "Bavariya"da qalmaq və müqaviləsini uzatmaq istəyini klub rəhbərliyinə artıq çatdırıb.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildən "Bavariya"da çıxış edir.