"Napoli" müdafiəçi Benua Badyaşilyanın transferi ilə bağlı "Çelsi" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Sport Sky" məlumat yayıb.

 

Tərəflər 25 yaşlı mərkəz müdafiəçisinin Neapol klubuna 3 milyon avroya icarəyə verilməsi və 27 milyon avroluq transfer hüququ ilə transfer olunmasını təmin edəcək müqaviləni razılaşdırıblar. Baxmayaraq ki, "Çelsi" "Napoli"yə keçməyə razılıq verən fransız futbolçunu birdəflik satmaq istəyirdi.

 

"Nyukasl" da Badyaşılyanın keçidində maraqlı olsa da, futbolçu İtaliyada oynamaq istədiyini bildirib.

 

Qeyd edək ki, müdafiəçi 2023-cü ilin yanvarından "Çelsi"nin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb.