"Neftçi" heyətini rumıniyalı vinger Sebastian Mailatla gücləndirməyə hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu hazırda Rumıniyanın "Botoşani" klubunun formasını geyinir.
Tərəflər Mailatın "Neftçi"yə keçidi ilə bağlı razılığa gəliblər.
Transferin bu həftə rəsmiləşdirilməsi gözlənilir. Bunun üçün Sebastian Mailatın Bakıya gələcəyi bildirilir.
Qeyd edək ki, paytaxt təmsilçisi rumıniyalı futbolçunun transferi üçün "Botoşani"yə 400 min avro ödəyəcək.