"Napoli" qış "transfer pəncərəsi" dövründə hücumçu Lorenzo Lukkanı satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

 

Lukka 2025-ci ilin yayında "Udineze"dən 9 milyon avro qarşılığında icarə əsasında Neapol klubuna qoşulub. 2026-cı ilin yanvarında isə hücumçu 26 milyon avroya daimi əsaslarla transfer edilib və ardınca "Nottingem Forest"ə icarəyə göndərilib.

 

Hücumçu cari mövsümdə "Napoli"nin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, lakin nə qol vura, nə də məhsuldar ötürmə verə bilib.

 

Qeyd edək ki, "Napoli" hazırda A Seriyasında keçirdiyi yeddi oyundan sonra 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.