UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu üzrə "həftənin oyunçusu" mükafatına namizədlərin siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, Fil Foden ("Mançester Siti"), Niko Pas ("Komo"), Skott Maktomini ("Napoli") və Rio Nqumoha ("Liverpul") mükafatı qazamağa namizəddirlər.

 

Foden AEK-ə qarşı 5:1 hesablı qələbədə het-trik edib. Maktomini "Bodo-Qlimt"lə oyunda (4:3) iki qol vurub

Pas "Mançester Yunayted"lə qarşılaşmada (4:1) iki dəfə fərqlənib Nqumoha isə "Vilyarreal" üzərindəki 4:3 hesablı qələbədə iki məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə ilə müəyyənləşir.