Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi başlayır. Sport24.az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə ilk oyunlar keçiriləcək.

 

Bu gecə 3 qarşılaşma baş tutacaq. Türkiyə nəhəngi "Fənərbağça" İstanbulda Fransa təmsilçisi "Lion" ilə üz-üzə gələcək.  Bolqarıstanda "Levski" Yunanıstan təmsilçisi AEK-i sınağa çəkəcəksə, Zaqreb "Dinamo"su "doğma divarlar" arasında Norveç "Vikinq"ini qonaq edəcək. 

 

Qeyd edək ki, bu tiurnirdə təmsilçimiz "Sabah" sabah səfərdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
18 avqust

23:00. "Fənərbağça" (Türkiyə) - "Lion" (Fransa)
23:00. "Levski" (Bolqarıstan) - AEK (Yunanıstan)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vikinq" (Norveç)