"Kəpəz"dən ayrılan Luis Paçu karyerasına Boliviyada davam edəcək. Sport24.az xəbər verir ki, hücumçu "The Strongest" klubu ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Paçu 2023-cü ildən Azərbaycanda çıxış edirdi. O, əvvəlcə "Turan Tovuz", daha sonra "Kəpəz"də forma geyinib.
30 yaşlı hücumçu son klubu "Kəpəz"də 54 oyunda 9 qol vurub.