"Şəfa"nın futbolçusu Treyvon Fuller Misli Premyer Liqasında I turda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra paylaşım edib. Sport24.az xəbər verir ki, vinger instaqram hesabında bunları yazıb:

 

"Debütüm üçün şükür edirəm. Fərqli rənglər, eyni hədəflər".

 

Fuller bu yay "Şəfa"ya transfer olunub. O, "Zirə" ilə matçda start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

 

Görüş "Şəfa"nın məğlubiyyəti ilə başa çatıb – 0:2.