"Mançester Yunayted" Bruno Fernandeslə yeni müqavilə üzrə danışıqları intensivləşdirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər arasında yeni sözləşmə ilə bağlı müzakirələr davam edir və yaxın zamanda razılığa gəlmək üçün danışıqların sürətləndiyi bildirilir.
Fernandesə uzun müddətdir "Qalatasaray", Səudiyyə Ərəbistanı və digər Avropa klublarından maraq olsa da, portuqaliyalı yarımmüdafiəçi "Mançester Yunayted"də qalmağa üstünlük verir.
Yeni müqavilə üzrə maaş, sözləşmənin müddəti və əvvəlki müqavilədə 65 milyon avro təşkil edən sərbəstqalma maddəsi əsas müzakirə mövzularındandır. Həmin maddənin müddəti artıq başa çatıb.
Qeyd edək ki, "Mançester Yunayted" Fernandesin satışına qarşıdır və futbolçunu komandanın əsas fiqurlarından biri hesab edir.