"Roma" "Portu"nun futbolçusu Rodriqo Moranın transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

İtaliya klubu 18 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəyəcək. Razılaşmaya həmçinin futbolçunun növbəti satışından 50 faiz pay şərti daxil edilib.

Bundan əlavə, "Roma" gələcək illərdə həmin 50 faizlik payı da almaq üçün xüsusi bəndlərə sahib olacaq.

Rodriqo Moranın yalnız "Roma"ya keçmək istədiyi bildirilir. Futbolçu bu gün tibbi müayinədən keçmək üçün İtaliyaya yollanacaq.