"Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesin transferi üçün 120 milyon funt-sterlinqdən daha çox xərc çəkməli ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

London klubu argentinalı futbolçu üçün müəyyən etdiyi 120 milyon funtluq yazılı təklif müddətini ötən həftə yekunlaşdırıb. Bu səbəbdən "şəhərlilər" transferi reallaşdırmaq üçün "Çelsi" ilə yeni şərtlər üzrə danışıqlar masasına əyləşməli olacaq.

​"Çelsi" rəhbərliyi isə Fernandesin komandada qalacağı təqdirdə azarkeşlərlə münasibətlərini yoluna qoyacağına inanır. 25 yaşlı yarımmüdafiəçi mövsümöncəsi "Real Sosyedad"la keçirilən son yoxlama matçında meydana çıxsa da, bəzi azarkeşlər tərəfindən fitə basılaraq etirazla qarşılanıb.

​Qeyd edək ki, "Mançester Siti" hazırda "Lill"in yarımmüdafiəçisi Ayub Buaddinin transferi üzərində də fəal çalışır. Buna baxmayaraq, "Mançester Siti"nin baş məşqçisi Enso Mareska Fernandesin oyununun böyük fanatıdır.