Misli Premyer Liqasında I turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Sport24.az xəbər verir ki, altı qarşılaşmada ümumilikdə 9 597 tamaşaçı qeydə alınıb.
İlk turun ən çox azarkeş toplayan oyunu Tovuzda keçirilib. "Turan Tovuz"un "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı 4 800 tərəfdar stadiondan izləyib. Hətta Tovuzdakı azarkeşlər digər 5 oyunu təkbaşına geridə qoyub.
Digər matçlarda isə tamaşaçı sayı belə olub:
"Turan Tovuz" – "Qəbələ" – 4 800
"Araz-Naxçıvan" – "İmişli" – 300
"Sabah" – "Kəpəz" – 1 132
"Sumqayıt" – "Neftçi" – 1 350
"Zirə" – "Şəfa" – 800
"Qarabağ" – "Şamaxı" – 1 215
Beləliklə, ilk turun ümumi tamaşaçı sayının təxminən yarısı Tovuzdakı qarşılaşmanın payına düşüb.
Qeyd edək ki, II tur avqustun 22-də start götürəcək.