"Çelsi" klubunun həmtəsisçiləri Todd Bouli və Mark Uolter klubdakı paylarını "Clearlake Capital" investisiya şirkətinə satmaq üçün danışıqlar aparırlar. Sport24.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
"Clearlake Capital" şirkəti "Çelsi"nin səhmlərinin 60 faizdən çoxuna sahibdir. Lakin nəzarət və idarəetmə hüquqlarını Bouli ilə bölüşür. Mənbənin sözlərinə görə, potensial razılaşma klubun inkişaf strategiyası ilə bağlı sahiblər arasında fikir ayrılıqlarını həll edə bilər.
Tərəflər arasında danışıqlar son bir neçə ildir ki, fasilələrlə davam edir.
Danışıqların bərpası Uolterin maliyyə fəaliyyəti ilə bağlı araşdırmalar fonunda baş verir. O, ötən həftə "Los Angeles Lakers" komandasını 12,5 milyard dollara satmağa razılaşıb.