"Liverpul", "Mançester Siti", "Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu Rahim Sterlinq yeni klub axtarışında olduğu vaxt uşaqlara məşq keçəməyə başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
31 yaşlı ingilis özünün futbol akademiyası olan RS7-də məşq keçir. Ulduz oyunçu uşaqlarla işləyir, texniki bacarıqlarını yüksəltməklərinə kömək edir, taktiki məsləhətlər verir.
Qeyd edək ki, futbolçu hazırda komandasızdır. Sterlinq ötən yay "Çelsi"dən ayrılıb. O, 2025/26 mövsümünün sonuna qədər "Feyenoord"da oynayıb.