"Qalatasaray" "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Türkiyə klubu 31 yaşlı yarımmüdafiəçi üçün 35 milyon, əlavə də 15 milyon avro bonus təklif etməyə hazırdır. "Qalatasaray" oyunçuya dörd illik müqavilə və 4 milyon avro bonus təklif edə bilər.
Bildirilir ki, Fernandesin 65 milyon avroluq sərbəst qalma bəndi başa çatıb. Oyunçunun özü də getmək istəyini bildirməyib.