"Porto" yaxın günlərdə "Milan"ın hücumçusu Santyaqo Ximenesi icarəyə götürmək üçün qarşı tərəfə təklif göndərməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Portuqaliya klubu artıq 25 yaşlı meksikalı ilə şəxsi şərtlər barədə razılıq əldə edilib.

 

Ximenes 2025-ci ilin fevralından "Milan"ın formasını geyinir. Onun "qırmızı-qaralar"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Qeyd edək ki, hücumçu 2025/26 mövsümündə 17 matçda bir qol vurub və 1 məhsuldar ötürmə edib.