Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" Niderlandda "Tvente"nin qonağı olacaq.
Bu komanda ağdamlılara heç də yad deyil. "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında iki dəfə "Tvente" ilə üz-üzə gəlib. 2009-cu ildə mərhələ keçən tərəf niderlandlılar (3:1, 0:0) olubsa, 2014-cü ildə artıq Ağdam təmsilçisi "Tvente"ni (0:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "De Qrolş Veste" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
.
22:00. "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan) 0:0 (Birinci hissə)
Hakimlər: Yucin Caya, Rejdi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya)
VAR: Canluka Aureliano (İtaliya)
AVAR: Albert Doda (Albaniya)
Enşede. "De Qrolş Veste" stadionu.
"Tvente": 1 Unnerştall, 28 Van Roy, 43 Nistad, 3 Pröpper (k), 29 Adelqard, 6 Zeruki, 42 Vaydman, 7, 11 Daan Rots, 9 Veqhorst, 27 Öryaseter.
Ehtiyat oyunçular: 16 Drommel, 22 Pasyer, 4 Kjölo, 10 Lammers, 12 Qilherme Peyşoto, 14 Hlinsson, 17 Torvaldsen, 19 Taha, 20 Van den Belt, 24 Kurovski, 25 Venneqor of Hesselink, 38 Bruns.
"Qarabağ: 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.