"Karvan-Yevlax" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Yevlax klubu nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Giresunspor", "Ankara Keçiörengücü", eləcə də Nigeriyanın "Emordi" və "Rasiners" komandalarında çıxış edib.