UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente"də ayrılıq reallaşıb. Sport24.az xəbər verir ki, Sayfallah Ltayef Niderland təmsilçisini tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tunisli vinger "Krakoviya"ya keçib. 26 yaşlı futbolçu polşa klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.