İspaniyanın "Barselona" klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Joao Kanselo ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.
Kanselo daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümündə "Mançester Siti"dən (İngiltərə) "Barselona"ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində "Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edən müdafiəçi "Bayern"də (Almaniya) də icarədə olub.
2016-cı ildən Portuqaliya millisinin formasını geyinən Kanselo 73 matçda çıxış edib. O, 2018/2019 mövsümündə Millətlər Liqasının qalibi olub.