Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" komandası səfərdə "Nefteximik"in qonağı olub.

 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

20 avqust

"Nefteximik" - "Soçi" - 1:2

Qollar: İ.Maşukov, 60 - Marselo Alves, 29, R.Maqal, 45

 

Ramil Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.


Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.