Albaniyanın "Eqnatiya" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Norveçin "Lillestrem" komandası ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
"Eqnatiya"nın heyətində çıxış edən Azərbaycan millisinin üzvü Zamiq Əliyev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib və meydana daxil olmayıb.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu 27 avqust, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.