"Neftçi SOCAR" qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Bordo şəhərində keçirilən Dünya Seriyası mərhələsində çıxışını başa vurub. Sport24.az xəbər verir ki, Bakı klubu 1/4 finalda İspaniya millisi ilə qarşılaşıb.
Gərgin keçən görüş "Neftçi SOCAR"ın 12:13 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu nəticə ilə Azərbaycan təmsilçisi Dünya Seriyasının Bordo mərhələsində mübarizəni dayandırıb.