"Barselona" ikinci komandanın hücumçusu Həmzə Əbdülkərimlə müqaviləni uzatmaq istəyir. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Kataloniya klubu artıq 18 yaşlı misirli və onun nümayəndələri ilə danışıqlara başlayıb.

 

Mənbənin sözlərinə görə, "Barselona" oyunçu üçün daha yaxşı şərtlər hazırlayıb və onun hazırkı müqaviləsindən 15 milyon avroluq sərbəst qalma bəndini çıxarmaq niyyətindədir.

 

Lakin tərəflər arasında hələ ki, razılıq əldə olunmayıb. 

 

Qeyd edək ki, Əbdülkərim bu yaxınlarda "Barselona"nın əsas komandasında özünü sübut etmək şansı qazanıb və Qamper Kubokunda "Əl-Əhli"yə qarşı yoldaşlıq oyununda (2-1) qol vurub. O, həmçinin La Liqanın birinci turunda "Elçe"yə (5-0) qarşı matçda ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb.