Bakının ev sahibliyi etdiyi voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti matç baş tutub. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Belçika yığması Portuqaliya seçməsini darmadağın edib.

 

Qarşılaşma 3:0 (25:16, 25:21, 25:11) hesabı ilə yekunlaşıb.

 

Belçikalılar C qrupunun ilk oyununda da İspaniyanı 3:2 hesabı ilə məğlub etməyi bacarmışdılar.

 

Qrupda günün növbəti qarşılaşmasında Azərbaycan milli komandası İspaniya ilə qüvvəsini sınayacaq. Görüşə saat 18:30-da start veriləcək.