Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin iki futbolçusu sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kərəm Aktürkoğlu ilə Marko Asensio Super Liqanın 2-ci turunun "Konyaspor"la matçında (4:2) zədələniblər. Kərəm toqquşma nəticəsində başından zədə alıb. 27 yaşlı vinger ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Asensionun isə ayaq əzələsində zədə aşkarlanıb. 30 yaşlı ispaniyalı yarımmüdafiəçinin sentyabrın 6-da Super Liqanın 4-cü turu çərçivəsində "Beşiktaş"a qarşı keçiriləcək matça qədər hazır olacağı gözlənilir.