UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva) cavab oyununun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, AVAR isə rumıniyalı Katalin Popa olacaq.
Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüşün sart fiti saat 20:45-də səslənəcək. İlk oyun İsrail təmsilçisinin 2:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb.