"İnter" hücumçusu Lautaro Martinesi hətta 100 milyon avroya satmaqdan imtina edir və "Barselona" ilə danışıqlar aparmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Katalonlar argentinalı hücumçunu "Atletiko"nun oyunçusu Xulian Alvaresə alternativ kimi nəzərdən keçirirlər, lakin mənbənin məlumatına görə, tərəflər hələlik razılaşmanı müzakirə etməyə başlamayıblar. İtaliya klubu bu məsələ ilə bağlı dialoqa qapalıdır.
Qeyd edək ki, Martinesin Milan klubu ilə 2029-cu ilin iyun ayına qədər müqaviləsi var. Ötən ilin may ayında oyunçunun özü transferi açıq şəkildə rədd etmişdi. "İnter"in prezidenti Cüzeppe Marotta isə "Barselona" ilə hər hansı danışıqları qəti şəkildə təkzib etmişdi. Lakin mediada yayılan məlumatlara görə, "İnter" Martinesi 120 milyon avroya satmağa hazırdır.