Madeid "Atletiko"sunun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, "Arsenal" bir müddətdir onun transferi üzərində işləyir və argentinalı oyunçu Premyer Liqaya qayıtmağı istisna etməyib.

 

Mənbənin sözlərinə görə, argentinalı "Barselona"ya üstünlük verir, lakin mövcud çətinlikləri nəzərə alaraq, Premyer Liqaya qayıtmağa razı ola bilər. "Topçular"ın baş məşqçisi Mikel Arteta və idman direktoru Andrea Berta oyunçu ilə əlaqə saxlayırlar.

 

London klubunun layihəsi Alvaresi özünə cəlb edir. Ancaq Böyük Britaniyadakı viza məhdudiyyətləri və bürokratik əngəllər ailəsinin və dostlarının onu ziyarət etməsinə problemlər yarada bilər ki, bu da onu narahat edir. Alvares İspaniyada ailəsi ilə birlikdə özünü rahat hiss edir və "Mançester Siti"də olduğu müddətdə yaşadıqlarını yenidən yaşamaq istəmir.